• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2206
— 05.03.2021 16:03

Bir gündə 4 avtomobil qaçırdı

KepezTV Player

Mingəçevirdə üç “VAZ 2106” markalı avtomobilin naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırıldığı barədə Polis Şöbəsinə məlumat daxil olub. “İsti izlər”lə keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər bir neçə dəfə məhkum olunmuş, Mingəçevir şəhər sakini Ceyhun Nəsirov tutulub. Araşdırmalarla onun daha bir eyni markalı avtomobili Yevlax rayonu ərazisindən qaçırdığı müəyyən olunub. Belə ki, Nəsirov Mingəçevirdən oğurladığı maşınla Yevlaxın Xaldan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yararsız hala salıb. Mingəçevirə qayıtmaq üçün isə növbəti cinayət əməlini reallaşdıraraq orada olan başqa bir “VAZ 2106” markalı avtomobili qaçırıb. Faktla bağlı cinayət işi başlanılıb.