• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2624
— 05.03.2021 16:25

Gəncə ilə Odessanın əməkdaşlıq perspektivləri müzakirə olunub

KepezTV Player

Azərbaycanla Ukrayna arasında mədəni və humanitar sahələrdə də əməkdaşlığın uğurlu təcrübəsi vardır. Bu ölkələrin regionları da bir-biri ilə sıx əlaqələr qurur. Bu istiqamətdə növbəti addım kimi Gəncə və Odessa şəhərləri arasında əməkdaşlığın yaradılmasını göstərmək olar. Bu fikirlər Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskinin Gəncə səfərində icra hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüşündə səsləndirilib. Ukraynalı diplomat hərtərəfli əlaqələrin getdikcə daha da şaxələndiyini vurğulayaraq ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini deyib. Münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyması üçün iki ölkənin regionları arasında da əlaqələrin yaradılmasının vacibliyinə diqqət çəkib.