• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1188
— 05.03.2021 12:05

Buraxılış imtahanları ilə bağlı daha bir yenilik

KepezTV Player

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin mütəxəssisləri hazırki vəziyyəti bir daha təhlil edərək buraxılış imtahanlarında tapşırıqların formasını daha da sadələşdiriblər. Yeni təqdim olunan imtahan modelinə əsasən, yazılı cavab tələb edən açıq tipli tapşırıqlar istifadə olunmayacaq. Şagirdlərə qapalı tipli tapşırıqlar və kodlaşdırıla bilən seçim və hesablama formalı açıq tipli tapşırıqlar təqdim olunacaqdır. Yaxın vaxtlarda otk.az portalı vasitəsilə yeni imtahan modelinə uyğun sınaq imtahanı təşkil olunacaq. Baş nazirin ötən gün imzaladığı qərarla ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı artıq bir mərhələdə keçiriləcək.