• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1049
— 05.03.2021 12:12

Heydər Əliyev Fondu dünyəvi və dini irsin qorunmasına yeni töhfəsini verir

KepezTV Player

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda mühüm tarixi əhəmiyyət daşıyan dini abidələrin bərpası istiqamətdə əməkdaşlığın növbəti mərhələsinin icrasına başlanılıb. Bununla əlaqədar Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin daxil olduğu nümayəndə heyəti Vatikanda səfərdə olub. Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Kamadolya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu və Vatikan tərəfindən əsası qoyulan bu uğurlu əməkdaşlıq mədəni irsin qorunmasına xidmət etməklə yanaşı, eyni zamanda, dinlərarası dialoqun inkişafına öz töhfəsini verir. Görüş zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın məktubu kardinal Canfranko Ravaziyə təqdim edilib. Məktubda qeyd olunur ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazilərindəki misilsiz mədəni irsinə çox böyük ziyan dəyib.