• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1430
— 05.03.2021 09:16

Gürcü jurnalist Qarabağdakı erməni vəhşiliyindən danışdı

KepezTV Player

"Azərbaycanlılar 30 ildən sonra işğaldan azad olunmuş ərazilərə, doğma torpaqlarına qayıdacaqlar. Onlar bu arzularının reallaşmasından çox məmnundurlar". Gürcüstanın Pos TV televiziyasının jurnalisti Ketevan Mamrikişvili Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən hazırladığı xüsusi reportajda belə deyib. Mamrikişvili Qarabağa səfəri zamanı işğaldan azad olunmuş Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və digər rayonlarda gördüklərindən heyrətləndiyini bildirib. "Biz bu əraziləri gəzdikcə müharibənin ağrı acısını, dron və artilleriya atəşləri nəticəsində dağılmış səngərlər, hərbi texnika, silah-sursat, eləcə də ermənilərin əraziləri tərk edərkən yandırdıqları, viran qoyduqları evləri, binaları görürük", - deyə vurğulayıb.