• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1608
— 05.03.2021 09:10

Qazaxıstanın dövlət televiziyası Qarabağdan sənədli film yayımlayıb

KepezTV Player

Qazaxıstanın dövlət televiziyası 44 günlük Vətən Müharibəsindən bəhs edən “Dağdakı Qarabağ, yeni atəşkəs” adlı sənədli filmi yayımlayıb. Çəkilişlər işğaldan azad edilən ərazilərdə aparılıb. Filmdə Qarabağ münaqişəsinin tarixinə qısa ekskursuya edilir, qələbənin asanlıqla əldə edilmədiyi, Azərbaycan tərəfinin qəhrəman hərbçilərinin şəhid olduğu vurğulanır. İşğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə yanaşı, Ermənistanın Gəncə, Tərtər və Bərdə şəhərlərinə xain raket hücumu, onlarla dinc sakinin və uşaqların qətlə yetirilməsi geniş əksini tapır. Filmdə, həmçinin Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyəti, işğaldan azad edilən ərazilərin idarə edilməsi, minalardan təmizlənməsi və bərpa planlarından danışılır. Qeyd olunur ki, Füzuli şəhərində beynəlxalq hava limanının tikintisi, Naxçıvan dəhlizi vasitəsilə nəqliyyat yollarının bərpası Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstan üçün böyük əhəmiyyət daşıyır.