• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1435
— 05.03.2021 09:44

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

KepezTV Player

Prezident İlham Əliyev Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar həmkarı Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına başsağlığı verib. Dövlət başçısı bu xəbərdən olduqca kədərləndiyi bildirib, yaralılara şəfa diləyib. **Ötən gün Türkiyənin Bitlis bölgəsində hərbi helikopter qəzaya düşüb, ən son məlumata görə, şəhidlərin sayı 11-ə çatıb. Korpus komandiri, general-leytenant Osman Erbaş da həlak olanlar arasındadır. Hazırda iki yaralı hərbçi xəstəxanada müalicə olunur. Milli müdafiə naziri Hulusi Akar və Silahlı Qüvvələrin digər komandanları hadisə yerinə gəliblər. Hulusi Akar bildirib ki, helikopter qəzasına hava şəraitinin qəfil pisləşməsi səbəb olub. Dəqiq səbəb ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcək. Faciə ilə əlaqədar Azərbaycanın müdafiə, xarici işlər nazirləri, Milli Məclisin sədri də Türkiyə tərəfinə başsağlığı verib. Həmçinin NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna zəng edərək başsağlığını çatdırıb. **Bayraktar pilotsuz uçuş aparatlarının yaradıcısı Selçuk Bayraktar faciə ilə bağlı sosial şəbəkə paylaşımında şəhid olan general Osman Erbaşın Türk PUA-larının yaradılmasında əhəmiyyətli dərəcədə dəstək verdiyini vurğulayıb.