• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 944
— 04.03.2021 21:40

Səfir qaziləri ziyarət edib

KepezTV Player

İsrailin Azərbaycandakı səfiri Corc Dik Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzini ziyarət edib. Görüş zamanı səfir bildirib ki, İsraildən gələn həkimlərin məqsədi Vətən müharibəsi zamanı yaralanan hərbçilərin sağlamlıqlarını bərpa etmək, özlərinə inamın, qabiliyyətlərinin geri qayıtmasına və Azərbaycanda - öz vətənlərində yaxşı, normal və layiq olduqları həyat yaşamalarına kömək etməkdir. Eyni zamanda qeyd edib ki, bu addım ölkələr arasında dostluğun əlamətidir.

CORC DİK İsrailin Azərbaycandakı səfiri: Bugün mənim üçün çox həyəcanlı bir gündür. 8 nəfər israilli həkim,tibb bacıları,texniklər və ağ geyimli mələklər Azərbaycana gələrək qaziləri müalicə etdiklərini bildirdilər. Bugün tanış olduğum insanların bəziləri 19 yaşında və daha böyük fərqli yaşda olan insanlar mümkün olan ən yaxşı müalicəni alırlar. İsrailli həkimlərdən biri ilə danışdım və o dediki 4 gün ərazində İsrail klinikalarındakı altı ayda etdikləri əməliyyatlardan daha çox əməliyyat keçiriblər.Məhz bu bizim iş birliyimizin ruhudur.