• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2325
— 04.03.2021 21:32

İstixanaların sayı artırılıb

KepezTV Player

İstixana torpaqdan əkin üçün il boyu istifadə etməyə imkan verən texnologiyadır.  Son dövrlərdə istixanalara təlabat artıb və bununla məşğul olanların sayı da ilbəil çoxalmaqdadır. Samuxda da bu sahənin inkişafına olan maraq fermerləri yeni istixanaların salınmasına həvəsləndirir.

İstixana faraş tərəvəz, ağac və kol şitilləri yetişdirmək üçün düzəldilən örtülü yerdir və qaz,  elektrik eləcə də su buxarı ilə  qızdırılır. Burada əsas qulluq bitkilərin işığa, rütubətə, istiliyə olan tələbatını təmin etmək, yemləmə gübrəsi vermək, xəstəlik və zərərvericilərlə mübarizədə düzgün mototdan istifadə etməkdən ibarətdir. Tərəvəz istixanalarında isə ilk yeri pomidor və xiyar tutur. Samux rayonunda da payız mövsümündə fermerlər ümumilikdə 1170 t pamidor, 295 t xiyar yığaraq satışına nail olublar. Bu isə rayonda hektardan 50-60 t xiyar, eləcə də 100-120 t pamidor deməkdir. Hazırda isə fermerlər yaz mövsümü üçün əkdikləri məhsulun yığımını gözləyirlər.

Fərid Zeynalov aqronom: Vegitasiya müddətidir. Aqrotexniki qaydalara riayət olunaraq bütün ziyanverici və zərərverici həşaratlarla mübarizə aparırıq. Tozlanma üçün biz Bombus arılarından istifadə edirik. Arı tozlanmasından qalıntı qalmır. 2 ha əraziyə 10 qutu arı qoymuşuq. 2 ha ərazidə bu bizə kifayət edir. Ərazimizin çox hissəni bu sarı yapışqanlardan, feromanlardan doldurmuşuq ki, bütün bu ziyanverici həşaratlarla mübarizə aparaq.

Cəlal Ələkbərov  fermer: Hazırda 2 ha ərazidə müasir tipli istixana kompleksi var. Biz burada ən müasir sistemlərlə pamidor bitkisinin yetişdirilməsi ilə məşğuluq. Digər kənd təsərrüfatı məhsulları da yetişdirmək olar. Ancaq əsas təlabat pamidorun üzərində qurulbdur. Məqsədimiz də budur ki, ərazimizə uyğun maksimum kvadratmetrə düşən məhsulu verə bilək. Onun üçün də qaydalara riayət edirik ki, maksimum təbii ekoloji məhsul istehsal edə bilək. Bu istixananın qurulmasında təbii ki, dövlət dəstəyindən yararlanmışıq. Hazırda müəsisəmizdə 30 nəfərdən artıq işçi daimi işlə təmin olunub. Həm daxili, həm də xarici bazarı təmin edirik.

Pandemiya şəraiti, eləcə də Rusiya tərəfindən tətbiq edilən qadağa bu il istehsal edilən məhsulun daha çox yerli bazarda satılmasını labüd edib. Digər tərəfdən dövlətin istixana sahibləri üçün verdiyi subsidiyyalar fermerlərin bu sahəyə marağını artırıb. Bundan irəli gələrək Samuxda son iki ildə 10 yeni istixana salınıb.

Kamal Hacıyev  Samux DAİM-in Bitkiçilik sektorunun müdiri: İstixanaya dövlət tərəfindən dəstək odur ki,  1 ha əraziyə düşən susidiyyanın miqdarı hesablanır və istixana sahibinə subsidiya məbləği köçür. O subsidiyadan yararlanmaq üçün 25 faizini nəğdləşdirə bilər, 75 faizinə gübrə ala bilər. Hektara 240 manat subsidiyya verilir. Maraq yaradır ki, istixana salınsın. Həmin kartda olan pulnan bitkilərin zərər vericilərə qarşı dərmanda alına bilər.

Samux rayonunda ümumilikdə 64 ha əkin sahəsində 180 istixana fəaliyyət göstərir. İstixanalardan 51 ha-da pamidor, 11 ha-da xiyar, qalanında isə digər tərəvəz bitkiləri becərilir.

Elnur Vahidoğlu