• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2150
— 04.03.2021 20:48

Buraxılış imtahanı bir mərhələdə keçiriləcək

KepezTV Player

“Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda dəyişiklik edilib.Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı artıq bir mərhələdən ibarət olmaqla keçiriləcək. Eyni zamanda Qərarda, buraxılış imtahanının bir mərhələdə keçirilməsi ilə əlaqədar, fənlər üzrə test tapşırıqlarının yeni sayı da əks olunub.Şagirdlərə tədris dili fənnindən 30, xarici dildən 30 və riyaziyyatdan 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır.