• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1903
— 04.03.2021 16:10

Qazaxda sabiq direktora cinayət işi açıldı

KepezTV Player

Qazaxda sabiq vəzifəli şəxs barəsində cinayət işi açılıb. Vətəndaş Fərqan Əliyev müraciət edərək, Qazax Uşaq Gənclər Şahmat-İdman məktəbinin sabiq direktoru Nağdalıyev Şücayət Hətəmalı oğlu tərəfindən 2012-2017-ci illər ərzində anası Həcər Əliyevanın əmək haqqı kartının götürülərək saxlanıldığını, həmin müddətdə anasının əmək haqqını ala bilmədiyibi qeyd edib. Müraciət üzrə Qazax rayon prokurorluğunda araşdırma aparılıb. Sabiq direktorun Həcər Əliyevanı xadimə kimi işə qəbul edərək işə gəlmədiyi halda adına olan əmək haqqı kartını götürüb saxlamasına, həmin karta əmək haqqı köçürülməsinə nail olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.