• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1510
— 04.03.2021 16:07

Dövlət Miqrasiya Xidmətindən müraciət

KepezTV Player

Dövlət Miqrasiya Xidməti ikili vətəndaşlıq alan Azərbaycan vətəndaşlarına müraciət edib. Başqa bir dövlətin vətəndaşlığını qəbul edən şəxslər bir ay müddətində Azərbaycan Dövlət Miqrasiya Xidmətinə və ya vətəndaşlığını aldığı dövlətdə Azərbaycanın səfirliyi və ya konsulluğuna müraciət etməlidirlər. Bunun üçün Dövlət Miqrasiya Xidmətinin saytında ərizə və anket forması var. Vətəndaş həmin anket formasını doldurmaqla Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Əgər həmin şəxs başqa ölkə vətəndaşlığını illər əvvəl də qəbul edibsə, bu barədə məlumat verilməlidir. İkili vətəndaşlığı olan şəxslər Azərbaycan Respublikası tərəfindən yalnız Azərbaycan vətəndaşı kimi tanınır.