• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1373
— 04.03.2021 16:04

Gəncədə ilk dəfə dövlət qulluğu imtahanı keçiriləcək

KepezTV Player

Dövlət İmtahan Mərkəzi martın 7-da dövlət qulluğunda inzibati vəzifələrin A və B növünə aid olan vəzifələr üzrə qəbul imtahanı keçiriəcək. İmtahan binalarına yalnız tibbi maskada daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq.Namizədlər bir-birindən lazımi uzaq məsafədə əyləşdiriləcək. İnzibati vəzifələrin B növünə aid vəzifələr üzrə olan imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 6, Gəncədə isə 1 binada təşkil olunacaq. Gəncədə dövlət qulluğuna qəbul imtahanı ilk dəfədir keçiriləcək.