• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3142
— 04.03.2021 15:57

Vəzifəli şəxsin yaralandığı ərazidə Ermənistan istehsallı minalar aşkarlanıb

KepezTV Player

Azərbaycan Minatəmizləmə Agentliyi Ağdamın Novruzlu kəndində idarə rəisinin minaya düşdüyü əraziyə baxış keçirib.Ərazidən Ermənistan istehsalı olan minalar aşkarlanıb. Ötən gün Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi, 54 yaşlı Hafiz Əzimzadə su quyularının bərpası işləri ilə məşğul olan zaman minaya düşüb. Nəticədə idarə rəisinin sağ ayağının topuqdan aşağı ətrafı amputasiya edilib, digər çoxsaylı xəsarətlər alıb.