• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 792
— 04.03.2021 15:51

“Qarabağda təhlükəsizliyin bərpasına yardım etməliyik”

KepezTV Player

Azərbaycan Qarabağ torpaqlarını işğaldan azad etməklə bölgədə yeni qapılar açdı.Azərbaycan erməni işğalı altındakı torpaqlarını dastanlara yazılacaq zəfərlə azad etdi.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatı liderlərinin 14-cü Zirvə toplantısında deyib. Bildirib ki, Qarabağda təhlükəsizliyin təmin edilməsi Türkiyə üçün prioritetdir.“30 illik işğaldan qalan dağıntıları birlikdə aradan qaldırmalıyıq. Bu müddətdə təşkilat olaraq Azərbaycanla tam həmrəylik nümayiş etdirəcəyimizə inanıram”, - deyə o vurğulayıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Zirvə toplantısında iştirak edir.