• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2261
— 04.03.2021 12:44

Ötən il ölkəyə ən çox idxal olunan məhsullar

KepezTV Player

Ötən il Azərbaycana 10 milyard 730 milyon dollarlıq məhsul idxal olunub. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin sözlərinə görə, bunun 6,3 milyard dollarlıq mal gömrük rüsumundan azad olunan məhsullardır.Ötən il ölkəyə ən çox idxal olunan məhsullar maşın və elektrik avadanlıqları olub.Digər mallar isə nəqliyyat vasitələri və onların ehtiyat hissələri, qara metal və onlardan hazırlanan məmulatlar, əczaçılıq məhsulları və digərləridir”. Komitə sədri onu da bildirib ki, son 3 ildə gömrük orqanları tərəfindən 4,6 ton narkotik vasitələr və psixotrop maddələr aşkarlanıb.