• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2503
— 04.03.2021 12:13

Microsoft ünsiyyət üçün Mesh adlı holoqrafik servisi təqdim edib

Microsoft şirkəti virtual mühitdə çalışmaq və ünsiyyət qurmaq üçün nəzərdə tutulmuş Mesh adlı platformanı təqdim edib. Bu platformada şəxsi 3D avatarı yaratmaq üçün xüsusi təchizata sahib olmaq lazım deyil. Bəzi funksiyalar hətta smartfon istifadəçiləri üçün də aktiv olacaq. Şirkət gələcəkdə real görünən holoqram sistemini yaradacağına söz verib. Bu halda ünsiyyətdə olan şəxslər bir-birilərinin holoqramlarını otaqlarında görə biləcəklər. Microsoft Mesh virtual görüşlərin keyfiyyətlərini yaxşılaşdırmaq üçün nəzərdə tutulub və təhsil, online konfranslar, uzaqdan kömək kimi sahələrdə istifadə oluna bilər. 

3D kontent və ya real zaman ərzində iki şəxsin bir-biri ilə qarşılıqlı əlaqədə olması üçün istifadəçilər artırılmış və ya virtual reallıq təchizatı almağa ehtiyac duymayacaqlar. Bununla belə təqdim edilmiş bu yeni texnologiya həm Microsoft-un Hololens 2 həm də digər istehsalçıların cihazları ilə uyğunlaşa bilir. İlkin mərhələdə Microsoft Mesh istifadəçiləri virtual avatar şəklində təqdim olunacaqlar. Gələcəkdə isə tərtibatçılar realistik 3D holoqram sistemini reallaşdırmağı planlaşdırırlar. Microsoft Mesh-in rellaşdırılması şirkətin Teams və Dynamic Office 365 servislərinin inteqrasiyası ilə başlayacaq. Gözləntilərə əsasən mühəndislər, dizaynerlər və digər sahələrin işçiləri tərəfindən bu texnologiyaya yüksək tələbat olacaq. Hal hazırda Microsoft Mesh tətbiqini yalnız Hololens 2 cihazının istifadəçiləri test edə bilərlər. Bunun üçün onlar AltspaceVR adlı vrutal reallıq platformasında qeydiyyatdan keçməli olacaqlar. Sözügedən texnologiyanın smartfonlar və digər cihazlar üçün nə zaman təqdim olunacağı barəsində məlumatı şirkət daha sonra verəcək.