• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1486
— 04.03.2021 12:02

Tovuz “ASAN həyat” kompleksinin bir illik fəaliyyəti

KepezTV Player

Vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşma formalaşdıran, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərini keyfiyyətcə yeni müstəviyə keçirən ASAN xidmət konsepsiyası öz uğuru ilə ölkə hüdudlarından çox uzaqlara belə səs salıb. Bu gün Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən ASAN xidmət mərkəzləri müxtəlif dövlət qurumlarının xidmətlərini bir mərkəzdə təqdim etməklə vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin qarşısını alır. Bir il öncə Tovuzda açılan mərkəz də uğurlu fəaliyyətini davam etdirir.

Tovuz “ASAN Həyat” kompleksi bu bir il ərzində 210 minə yaxın vətəndaşa xidmət göstərib. Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən 300-dən çox xidmət təqdim olunur. Tovuz “ASAN Həyat” kompleksinin açılışı ilə yalnız bu rayonun deyil, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Samux sakinlərinin də işi asanlaşıb.

Elnur Niftəliyev Prezident yanında VXSİDA-nın şöbə müdiri: Bu kompleks fəaliyyətə başlayana kimi vətəndaşlarımız səyyar asan xidmətdən istifadə edirdilər. Həm Tovuzda həm qonşu rayonlarda.İndi isə demək olar ki əksər xidmətlər üzrə qeydiyyat məhdudiyyəti aradan qaldırıldığından qydiyyatından asılı olmayaraq əksər vətəndaşlarımız,bütün vətəndaşlarımız Tovuz Asan Xidmət mərkəzinə müraciət edirlər,xidmətlərdən yararlanırlar.

Ölkə üzrə fəaliyyət göstərən 20 “ASAN xidmət”dən biri olan Tovuz regional mərkəzində vətəndaşların asudə vaxtlarının səmərəli təşkili də nəzərə alınıb. Burada müraciət edənlər operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə bilirlər.

Həsən Tağıyev sakin: Allah prezidentimizin canını sağ etsin ki bizə bu şəraiti yaradıb.Çox gözəldir. Əvvəllər qapı-qapı gedirdik o buna bu ona salğayırdı. Bi işi,bir sənədi,bir arayışı bir aya,iki aya ala bilmirdik. Ancaq asan xidmət mərkəzində uzağı 10 dəqiqəyə həll olunur.

Niyaməddin Mirzəyev sakin: Uşaqların sənədidir,özümün mülki vəsiqəmdir. Gəlirdim çətinlik çəkirdim.Sonra müraciət etdim Tovuz rayonunun özündə Asan xidmət açılıbdır. Mən də müraciət elədim gəldim bir günə həll elədim. Sağ olsunlar yaxşı qarşıladılar.

İnnovativ yeniliklərin təqdim olunduğu Tovuz “ASAN Həyat” kompleksində vətəndaşlara yardım məqsədilə könüllülər də fəaliyyət göstərirlər.

Xədicə Sadıqlı könüllü: Biz könüllülər olaraq digər xidmətlərlə bərabər sorğular da keçiririk.Bu sorğularda əhalinin 99,5 %-nin məmnunluq əmsalının olduğunu görüb çox sevinirik.

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7.300.000-dən çox vətəndaşın 42 milyondan artıq müraciəti daxil olub. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.