• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 944
— 03.03.2021 18:55

Külli miqdarda aksiz markasız siqaretlər aşkarlanıb

KepezTV Player

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda aksiz markasız siqaret müsadirə olunub. Paytaxtın Nəsimi rayonu ərazisində Azərbaycan vətəndaşı idarə etdiyi "Kia Sorento" markalı avtomobildə olan siqaretləri şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsində 3514 qutu Azərbaycana məxsus aksiz markası olmayan siqaret aşkar edilib. Sürücü Abşeron rayonu, Masazır qəsəbəsində qohumunun yaşadığı fərdi yaşayış evində əlavə olaraq Azərbaycana məxsus aksiz markası olmayan siqaretləri saxladığını bildirib. Oradan daha 3980 qutu siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.