• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1624
— 02.03.2021 16:50

Velosiped oğruları saxlanılıblar

KepezTV Player

Paytaxtın Binəqədi rayonunda avtomobillərin maqnitafonlarını və binaların girişlərində saxlanılan velosipedləri oğurlayan şəxslər saxlanılıblar. Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Məhərrəm Kazımov tutulub. Onun 2 avtomobildən oğurluq etməklə yanaşı, 3 ədəd velosipedi ələ keçirərək satdığı məlum olub. Kazımovun törətdiyi sonuncu velosiped oğurluğu ərazidə olan müşahidə kameraları vasitəsi ilə lentə alınıb. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə analoji cinayətlər etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Faiq İsmayılov saxlanılıb. Onun Binəqədi rayonunda ümumi dəyəri 1800 manat olan 3 ədəd velosipedi oğurladığı məlum olub. Saxlanılan şəxslər barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.