• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 02.03.2021 11:48

Ölkənin ikinci böyük SES-i təmir edilir

KepezTV Player

Ölkənin ikinci böyük su elektrik stansiyası olan “Şəmkir” SES-in su anbarında yaranan təhlükəli problem aradan qaldırılır. 40 il əvvəl tikilən su anbarının daşmaması, yağıntı zamanı yığılan artıq suyun buraxılması üçün tikilmiş su tullayıcı qurğu 2003-cü ildən bəri qəzalı vəziyyətə düşmüşdü. Ötən ildən başlayaraq sutullayıcı qurğuda təmir işlərinə start verilib. İşlər “Azərenerji”nin mütəxəssisləri ilə yanaşı, yerli şirkət tərəfindən həyata keçirilir. Hazırda yenidənqurma, bərkitmə, betonlama və təmir işləri aparılır və işin 90 faizi görülüb. “Şəmkir” SES-in hidroaqreqatlarında da təmir-bərpa işləri aparılıb.