• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2184
— 01.03.2021 19:26

Samux rayonunda qətl törədilib

KepezTV Player

Sərkar kəndində qarın nahiyəsindən bıçaq xəsarəti alan 31 yaşlı Elşən Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb. Samux rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarışları nəticəsində hadisəni törədən 38 yaşlı Vüqar Həsənov saxlanılıb.Məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Qətli törədən şəxsin əvvələr məhkumluğu olub. Faktla bağlı araşdırma aparılır.