• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1815
— 01.03.2021 16:18

Narkotik satan da, alan da saxlanıldı

KepezTV Player

Şəmkir polisi narkotik vasitələrin alqı-satqısı və istifadəsi ilə məşğul olan şəxsləri ifşa edib. Ümumilikdə 3,5 kq marixuana dövriyyədən çıxarılmaqla əkilən çətənə kollarından da narkotik əldə edilməsinə imkan veriulməyib.

Şəmkir Polisi qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Edəniz Şöhləyevi saxlayaraq Şöbəyə gətirib. Üzərinə keçirilən baxış zamanı 0.156 qram qurudulmamış “marixuana” aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni tanışı Rahil Zamanovdan 10 manata aldığını bildirib.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Rahil Zamanov da saxlanılıb və üzərindən 16 ədəd müxtəlif bükümlərdə, ümumi çəkisi 8.021 qram qurudulmamış “marixuana” aşkar edilib. O istintaqa verdiyi ifadəsində narkotik vasitəni yaxın dostu, rayon sakini Namaz Həsənovdan əldə etdiyini bildirib.

Polis əməkdaşları Namaz Həsənovu da saxlayıblar və ondan ümumi çəkisi 5.981 qram “marixuana” götürülüb. N. Həsənov ifadəsində narkotik vasitəni, işlədiyi fermanın yaxınlığında özü yetişdirdiyini bildirib.

Aşkar edilən maddi sübutlar ekspertizaya təqdim edilib, saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Natiq Hüseyn