Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			27.02.2021 16:29		
		Ermənilərin qoyub qaçdığı silah-sursatlarlar aşkarlanıb
KepezTV Player
					  
					  					  				Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş inzibati ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Tədbirlər zamanı 7 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd pulemyot, 2 ədəd snayper tüfəngi, 1 ədəd qumbaraatan, avtomat daraqları və 2527 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək götürülüb.
- Baxış: 583
 
