• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 746
— 26.02.2021 16:05

YDM-ə basqın edən şəxs saxlanılıb

KepezTV Player

Gəncədə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bir nəfər maskalı şəxs şəhər ərazisindəki yanacaq doldurma məntəqələrindən birinə basqın edərək, əlindəki bıçaqla məntəqə əməkdaşından pul tələb edib, istəyinə nail olmadıqda isə yanacaq doldurma məntəqəsinə benzin tökərək yandırmağa cəhd göstərib. Gəncə Şəhər Baş Polis İdarəsi Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, 28 yaşlı Ruslan Tağıyev saxlanılıb. O, dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.