• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1394
— 24.02.2021 20:00

Atletika üzrə yarış keçirilib

KepezTV Player

Gəncədə nazirlər kabineti yanında operativ qərargahın göstərişlərinə əməl olunmaqla açıq havada pandemiya qaydalarına uyğun atletika üzrə yarış keçirilib. Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan və Heydər Əliyev parkında baş tutan birincilik 26 fevral xocalı soyqırımına həsr olunub.

Yarışın əvvəlində Xocalı soyqırımı Azərbaycana qarşı törədilən, yaddaşlara həkk olunan dəhşətli faciə kimi dəyərləndirilib. Uzun müddətdir koronavirus infeksiyası səbəbindən qadağan edilən idman yarışlarının bərpasının atletlər üçün müsbət hal olduğu diqqətə çatdırılıb. Daha sonra qaçışa start verilib. Yarışda 15-i oğlan, 5-i qız olmaqla 20 atlet 1500 metr məsafəni qət etməyə çalıblar.

Həkim nəzarətində baş tutan yarışa 16 yaşdan yuxarı yeniyetmə atletlər qatılıb. Birincilikdə mükafatçılar arasında milli komandanın üzvü də yer alıb.

Yarışın sonunda təltifetmə mərasimi təşkil edilib. Oğlan və qızlar arasında ilk 3 yerin mükafatçılarına Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom verilib.