• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 740
— 24.02.2021 20:06

"Xəmsə" fəvvarələr formasında yaradılacaq

KepezTV Player

Gəncəyə daxil olandan Nizami yurduna ayaq basdığını görür, duyur insan. Ələxsus da şəhərə şərq istiqamətdən girişdə bunu aydın şəkildə duymaq olur. Qonaqları yol boyu dahi şairin "Xəmsə"sindən olan əsərlər müşayiət edir. Amma bu da son deyil. Yeni layihə üzərində iş gedir.

Dünyanın bir çox yerlərində kitabla bağlı komplekslər var. Ancaq möhtəşəmliyinə görə ən böyük kitab kompleksi Əməkdar rəssam Şərif Şərifovun Nizami Gəncəvinin "Xəmsə"sinə uyğun yaratdığı 5 kitabələrdir.

Yol boyu uzanan kompozisiyanın mahiyyəti sanki göydən düşən ülvi kitablardır. Qayaların, yaşıl landşaftın üzərində salınan kitablar sanki təbiətlə bağlanıb. Daş kitablar üzərindəki yazılar isə xalqın özünü, tarixini ifadə edir. Hündürlüyü 18, eni 12 m olan bu kitabələrin üzərində əməkdar rəssam 3 ilə yaxın işləyib. Açılan kitab formasında olan bu abidələrin sağ səhifəsində Nizami Gəncəvinin və “Xəmsə”yə daxil olan poemalardan birinin adı yazılıb. Kitabın sol səhifəsində isə həmin poemadakı qəhrəmanlara və hadisələrə həsr edilən, bu gün isə dünyanın ən məşhur muzey və kitabxanalarında qorunan əlyazmalardan götürülən miniatürlərin surətləri mazayka ilə həkk edilib. Abidələr “Xəmsə”yə daxil olan poemaların yazılma ardıcıllığına uyğun olaraq bir-birindən eyni aralıqda tikilib və üzərləri ayrı-ayrı rənglərlə işlənib.

Şərif Şərifov - Əməkdar rəssam: "Sirlər Xəzinəsi" qara, "Xosrov və Şirin" qızılı, "Leyli və Məcnun" ağ pak məhəbbət, "Yeddi gözəl" şərqin gözəl füsinkar rəngi olan firuzə, "İsgəndərnamə" qələbə rəngi olan qırmızıdır. Bunların hamısı şəhər mühitində rəngin mahiyyəti onun şəhərlə vəhdət təşkil etməyi ümumiyyətlə bu giriş Nizami kompleksidir.

Həmçinin əməkdar rəssam kompleksi tamamlamaq üçün yolun sol hissəsini də əhatə edəcək yeni layihə hazırlayıb.

Əməkdar rəssam Şərif Şərifovun Nizami ili çərçivəsində böyük möhtəşəm bir layihəsidə var. Layihə görə Nizami Gəncəvinin daş kitabələrinin yan tərəfində fəvvarələr kompleksi də yaradılacaqdır. Bu fəvvarələr kompleksi də Nizami Gəncəvinin "Xəmsə"sinə uyğun həyata keçiriləcək.

Şərif Şərifov - Əməkdar rəssam: Fəvvarə şuxluq gətirir. Şəhər məkanında çox gözəl atributdur. Suyun dinamikası həm hərəkətli olur, həm də bu abidələr Nizami yaradıcılığının daha da dərindən geniş açılmasına imkan verəcəkdir. Nizami ilə mövzular bitmir. O qədər böyükdür ki, Nizami onun dünyasına girdikcə görürsən ki, yenə damla, fırtına, ürək, qəlb var. Onlardan mən həmişə istifadə edirəm.  

3 km yaxın uzunluğunda olan ərazidə inşa olunacaq bu komleks şəhərin girişindən başlıyıb Nizami Gəncəvinin məqbərəsində tamamlanacaq.

Elnur Vahidoğlu