• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1151
— 24.02.2021 20:04

Ankarada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbir keçirilib

KepezTV Player

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Ankarada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib. Tədbirdə Xocalı soyqırımına siyasi qiymət verilməsi, dünya birliyi tərəfindən tanınması proseslərinə dair geniş məlumat verilib. Bu faciənin təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının ortaq acısı olduğu diqqətə çatdırılıb.

İtaliyanın Neapol şəhərinin Liveri şəhər bələdiyyəsi Xocalı soyqırımını pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənəd qəbul edib. Sənəddə Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqı ilə həmrəylik ifadə olunub. Sənədin sonunda insanlıq əleyhinə cinayət olan Xocalı soyqırımının İtaliyanın aidiyyəti rəsmi qurumları tərəfindən tanınmasına çağırış edilir.