• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 24.02.2021 16:30

XİN başçılarının görüşü ilə bağlı birgə bəyanat yayılıb

KepezTV Player

Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün Birgə Bəyanatı yayılıb. Bəyanatda üçtərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib. Üç ölkənin ortaq irsinə əsaslanan təhsil, elm, mədəniyyət və digər humanitar sahələrdə gələcək əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Çoxtərəfli əməkdaşlıq perspektivlərini genişləndirmək üçün Türkmənistan-Türkiyə-Azərbaycan üçtərəfli mexanizmindən istifadə etməyin vacibliyi qəbul edilib. Növbəti görüşün Türkmənistanda keçirilməsi barədə razılığa gəlinib.