• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2363
— 23.02.2021 16:59

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb

KepezTV Player

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə,bu il fevralın 22-də işğaldan azad olunmuş ərazilərə giriş-çıxış üçün təşkil edilmiş nəzarət postunda xidmət aparan polis əməkdaşları “Niva” markalı iki avtomobili saxlayıblar. Avtomobildə xüsusi geyim formasında olan sürücü və sərnişinlər hərbi qulluqçu olduqlarını bildiriblər. Heç bir rəsmi sənəd təqdim etməyərək israrla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstəriblər. Onların bu cəhdinin qarşısı alınıb və saxlanılaraq avtomobilləri ilə birlikdə Füzuli Rayon Polis Şöbəsinə gətiriliblər. Müəyyən edilib ki, Bakı şəhər sakinləri Vüsal Abdullayev, Zahir Əlişov, Rəvan Bəşirov, Pənah İbrahimov və Rəşad Əliyev mülki şəxslər olmalarına baxmayaraq xüsusi geyim formasından qanunsuz istifadə etməklə işğaldan azad olunmuş ərazilərə keçmək niyyətində olublar. Saxlanılan şəxslər barəsində inzibati protokollar tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon Məhkəməsinə göndərilib.