• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 814
— 23.02.2021 16:37

Ağdam rayonunun Yeni Qaralar kəndi

KepezTV Player

Müdafiə Nazirliyi Ağdam rayonunun Yeni Qaralar kəndindən videogörüntülər paylaşıb. Kənd vaxtilə Ağdərə rayonunun tərkibində olub. 1992-ci Ağdərə rayonu ləğv edilib və ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Yeni Qaralar Ağdam rayonunun ərazisinə düşüb. 1993-cü ildə Erməni silahlı qüvvələri tərəfindən işğal olunan yaşayış məntəqəsi 2020-ci il noyabrın 20-də işğaldan azad edilib.

 

Müdafiə Nazirliyi Qubadlı rayonunun Hal kəndindən də videogörüntülər təqdim edib.1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən kənd 9 noyabr 2020-ci ildə azad olunub.

Hal kəndi dağlıq ərazidə, Bazarçayın sahilində, rayon mərkəzindən 11 kilometr cənub-şərqdə yerləşir.Ədəbiyyatlarda adı Kol, Gal, Gəl, Xal, Qal variantlarında da qeydə alınıb.Kənd əhalisi tütünçülük, baramaçılıq, heyvandarlıq, taxılçılıqla məşğul olub.