• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2481
— 22.02.2021 18:59

Məcburi köçkünlər arasında sorğunun keçirilməsinə başlanılıb

KepezTV Player

30 ilə yaxın işğal altında qalan ərazilərin bərpası, hərtərəfli inkişafı və yenidənqurma prosesinin mərkəzi vəsiləsi – məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmalarıdır. Qayıdışın səmərəli şəkildə təşkil olunmasından ötrü repatriasiya potensialını mümkün qədər dəqiq proqnozlaşdırmaq, bunun üçün isə məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək olduqca vacibdir. Bu məqsədlə sistemli araşdırmalar aparır. Həmin araşdırmalardan biri də məcburi köçkünlər arasında qayıdış haqqında internet üzərindən onlayn sosioloji sorğunun keçirilməsidir. Sorğu bu gündən etibarən açıqdır, yəni artıq sorğu suallarını cavablandırmaq mümkündür. Sorğu anketinin doldurulması üçün məcburi köçkünlərin sorgu.ada.edu.az ünvanına daxil olmaları kifayətdir.