• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2035
— 22.02.2021 19:03

Qələbədən sonra Türkiyə ilə əməkdaşlıq sürətlənəcək

KepezTV Player

"Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əldə edilən qələbədən sonra Türkiyə ilə təhsil və digər sahələrdə yeni iş birliyi daha da sürətlənəcək". Təhsil naziri Emin Əmrullayev türkiyəli həmkarı Ziya Səlçukla görüşündə Türkiyədə 23 min azərbaycanlı tələbənin təhsil aldığını xatırladaraq qeyd edib ki, bu nöqteyi-nəzərdən xaricdə təhsil baxımından ən çox tələbə sayı Türkiyədədir. Fevralın 19-da imzalanan protokol sənədindən gözləntilərin böyük olduğunu deyən nazir bunun Azərbaycan tələbələrinin əmək bazarına qatılması üçün böyük üstünlüyü olacağını bildirib. "İnanırıq ki, imzalanan sənəd peşə təhsili və infrastrukturun daha düzgün qurulmasına xidmət edəcək" - söyləyən Emin Əmrullayev ümumi təhsil sahəsində də Türkiyə ilə sıx əməkdaşlıq edilməsi ilə əlaqəli səylərin həm Azərbaycanda, həm də Türkiyədə tələbələrin daha yaxşı təhsil almasına öz töhfəsini verəcəyini vurğulayıb.