• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 700
— 22.02.2021 19:45

Qanunsuz sərnişindaşıyanların sayı artıb

KepezTV Player

Karantin dövründə qanunsuz sərnişin daşıyanların sayı günbəgün artmaqdadır. Pandemiyanı fürsət bilib gediş haqqlarını da qaldırmaqla  sərnişinləri narazı salırlar. Dövlət Avtomobil Nəqliyyatı Xidmətimi, Dövlət Yol Polisimi bu məsələdə cavabdehdi sujetdə biləcəyik.

Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədər olaraq respublika ərazisində avtovağzalların fəaliyyəti dayandırılıb. Ölkə daxilində içtimai nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunub. Ancaq buna baxmayaraq Gəncədən-Qazaxa hər gün iri tutumla avtobuslarla sərnişin daşınır. Bu isə süni qiymət artımı ilə yanaşı karantin qaydalarının pozulmasına şərait yaradır.

Sərnişinlər deyir ki, əvvəllər 2-3 manata olan gediş haqqı indi ikiqat artıb.  

Zirəddin Tağıyev sərnişin Sprinterlərin hamısı qeyri qanuni işləyir. Hamısıda 4 manata Tovuza 6, 7 manata Qazaxa Ağstafaya aparırlar. Özləri üçün işləyirlər. Bəlkə də qanunda icazələri var yol kənarında dayanıb qabağınada lövhə qoyub Qazax Tovuz Gədəbəyə sərnişin daşıyırlar. Belə çıxır ki, avtovağzal işləmir amma hər şey öz qaydasında davam edir.  

Gündüz Mustafayev sərnişin Artırıblar 5 manatlıq yolu 6, 7 manata aparırlar. Çox artırıblar çox çətindir. Yəni bizi də nəzərə almaq lazımdır.

Gəncədən qərb istiqamətinə sərnişin daşıyan sürücülər qanunsuz fəaliyyətlə məşğöul olduqlarını inkar da etdilər, təsdiq də. Hətta kameralarımızı görüb qaçanlara da rast gəlindi.

Sürücü köməkçisi İcazə ilə işləyirik. İcazəmiz olmasa gəlib burada kim dayana bilər. İcazəsi var ki dayanıb. Bunlar da getməsə sərnişinlər nə ilə gedəcək. Qalcaqlar hamısı yerdə.

Sürücü Mən işləmirəm yanacaq vururdum. Özüm də buralıyam. Yanacağın çekini atmışam yoxsa göstərərdim.

Yaranmış vəziyyətlə əlaqədər olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsindən şifahi olaraq bildirildi ki, karantin dövründə heç bir avtobus və mikroavtobusa sərnişin daşıma ilə bağlı rəsmi icazə sənədi verilmir. Həmin sürücülərin qeyri-qanuni sərnişindaşıma məşğul olmaları ilə bağlı Dövlət Yol Polisinə rəsmi qaydada müraciət olunub. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Namidan Piriyev isə çoxsaylı zənglərə cavab vermədi. Gəncədən istər Bakı, istərsə də qərb istiqamətinə qanunsuz sərnişin daşıyanlar şəhərin hansı ərazisində yola çıxmalarından asılı olmayaraq yol poilisinin mövcud olan stasionar postundan keçdiyi şübhəsizdir.  

 

Natiq Hüseyn