• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2538
— 22.02.2021 16:50

Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələr başa çatıb

KepezTV Player

Fevralın 5-dən etibarən başlayan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr başa çatıb. Təhsil Nazirliyindən verilən məlumata görə, müxtəlif fənlər üzrə ümumilikdə 2 948 namizəd dəvət olunsa da, onlardan 2 912 nəfəri müsahibələrdə iştirak edib. Müsahibə nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Onlayn müsahibələrdə uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.