• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1190
— 22.02.2021 15:59

Beynəlxalq silah sərgisində Ermənistanın stendi boş qaldı

KepezTV Player

Birləşmiş Ərəb Əmirliklərindəkeçirilən IDEX-2021 beynəlxalq müdafiə sənayesi sərgisinin ilk günündə Ermənistana məxsus stend boş qalıb. Stendə silah əvəzinə bukletlər yerləşdirilib. Qeyd olunur ki, Ermənistanın sərgidə nümayiş etdirməli olduğu silah-sursat və texnika vaxtında Əbu-Dabiyə çatdırılmayıb. Ermənistanın eksponatları Moskvada qalıb. **IDEX-2021-də Azərbaycan layiqincə təmsil olunur. Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, atıcı silahlar, mina atanlar, müxtəlif çaplı və təyinatlı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair daxil olmaqla, 106 adda müdafiə təyinatlı məmulat nümayiş olunur.