• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2387
— 22.02.2021 16:19

Tovuz döyüşlərinin şəhidi yad edilib

KepezTV Player

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunun Balik kəndində Tovuz döyüşlərinin ilk şəhidlərindən olan əsgər Xəyyam Daşdəmirovun ad günündə “Tovuz döyüşləri – Qələbəyə aparan yollar” adlı tədbir keçirilib. Əvvəlcə şəhidin məzarı ziyarət olunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsi yad edilib. Tovuz döyüşlərindən söz açılaraq həmin günlər bütün ölkənin vətənpərvərlik hissi, qələbəyə inam hissi ilə yaşadığı vurğulanıb. Məhz Tovuz döyüşləri 44 günlük Vətən müharibəsində qələbəyə aparan yolların başlanğıcı kimi müasir hərb tariximizə düşüb. Şəhid Xəyyam Daşdəmirovun boya-başa çatdığı ata ocağı da ziyarət olunub, üzərində şəhidin portreti olan xalça anasına hədiyyə edilib.