• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2501
— 22.02.2021 12:01

İtaliyalı memarlar Zəfər muzeyinin hazırlanması işinə cəlb olunublar

KepezTV Player

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının hazırlanması layihəsinin yüksək səviyyədə icrası üçün Mədəniyyət Nazirliyi yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlərə də müraciət edilib. Bununla əlaqədar İtaliyanın dünyaca məşhur aparıcı multimedia şirkəti olan “G GROUP” şirkəti ilə əməkdaşlığa başlanılıb. Bir sıra beynəlxalq layihələri uğurla icra edən şirkətin nümayəndələri Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının mükəmməl işlənilməsi üçün məkanla yerində tanışlıq məqsədilə Bakıda olublar. Görüləcək işlər, ilkin ideyalar və planlar müzakirə edilib. **Mədəniyyət Nazirinin müşaviri Elnur Əliyev isə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yerləşəcəyi məkanı açıqlayıb. Nobel prospektində yerləşəcək muzeydə hərbi texnikalar açıq hava altında Bakı sakinləri və qonaqlar üçün nümayiş olunacaq.