• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2555
— 22.02.2021 09:38

Gədəbəy sakini güllələnib

KepezTV Player

Gədəbəydə silahlı insident olub. Miskinli kənd sakini 43 yaşlı Qamət Şahmalı oğlu Fətullayev aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Araşdırmalarla hadisənin ehtiyatsızlıqdan baş verdiyi aydınlaşıb. Belə ki, Qamət Fətullayev və həmkəndlisi 31 yaşlı Elnur Qurban oğlu Tağıyev birlikdə dovşan ovuna gediblər. Tağıyevin əlində olan ov tüfəngindən ehtiyatsızlıqdan açılan güllə Fətullayevin ayağına dəyib. Yaralı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Elnur Tağıyev saxlanılıb. Fakt araşdırılır.