• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 688
— 18.02.2021 16:45

Gəncəli şahmatçıya FİDE-də vəzifə verildi

KepezTV Player

Beynəlxalq Şahmat Federasiyası Azərbaycan yığmasının sabiq şahmatçısı İlahə Qədimovaya yeni vəzifə verib. Veteran qrossmeyster Yarışlar Komissiyasının katibi təyin olunub. 18 yaşadək qızlar arasında ikiqat dünya çempionu olan Qədimova bunadək FİDE-nin Qadın Şahmatı Komissiyasında analoji postu tutub. O, 1994-cü ildə beynəlxalq qrossmeyster, 2016-ci ildə FİDE hakimi adını alıb. Qədimova Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində Şahmat Olimpiadasının, milli komandalar arası Avropa və şəxsi dünya çempionatının iştirakçısı olub. İlahə Qədimova Gəncə şahmat məktəbinin yetirməsidir. 46 yaşlı funksioner 2008-ci ildə aktiv şahmatçı karyerasını başa vurub.