• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2662
— 15.02.2021 12:02

Facebook şirkəti özünün smart saatını hazırlayır

Görünür, Facebook şirkəti istifadəçilər üçün smart cihazlar siyahısını genişləndirmək niyyətindədir. Belə ki, ortaya çıxmış məlumata əsasən şirkət özünün smart saatları üzərində çalışır. Bu barədə The Information saytı xəbər verib. Məlumatda qeyd edilib ki, şirkətin smart saatları vasitəsilə Facebook servisləri üzrə mesajlaşmaq mümkün olacaq və bundan əlavə olaraq saatlar standart smart saatların sahib olduqları funksiyaları özlərində birləşdirəcəklər. Bura həm istifadəçinin səhhətinin monitorinqi ilə bağlı funkskiyalar həm də idman rejimləri daxil olacaqlar.

    Smart saatlar Android əməliyyat sistemi vasitəsilə çalışacaqlar. Lakin Facebook şirkəti smart saatları özünün hazırlayacağı platformaya keçirtməyi planlaşdırır. Məlumata əsasən smart saatlar üçün nəzərdə tutulmuş fərdi əməliyyat sistemi üzərində işlərə artıq start verilib. Bundan əlavə olaraq Facebook-un smart saatları smartfonlarla sinxronlaşdırılmadan mobil şəbəkə vasitəsilə əlaqə yarada biləcəklər. Gözləntilərə əsasən Facebook smart saatların birinci versiyasını 2022-ci ildə ikinci versiyasını isə 2023-cü ildə təqdim edəcək. Qeyd etmək lazımdır ki, hardware məhsullar arasında Facebook artıq Oculus VR eynəklərinə və Portal adlı smart ekranlara sahibdir.