Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			07.02.2021 18:51		
		Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Niyazqulular kəndindən videogörüntülər paylaşıb
KepezTV Player
					  
					  					  				Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Niyazqulular kəndindən videogörüntülər paylaşıb. Niyazqulular Cəbrayıl rayonunun Şahvəlli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Yerli məlumata görə, yaşayış məntəqasini rayonunun Quycaq kəndindən köçüb gəlmiş Niyazqulu adlı şəxs saldığına görə belə adlanıb. Oykonim "Niyazın nəslindən olanlar" mənasındadr. Deyilənə görə, əvvəllər Araz çayının sahilində İlxac adlı ərazidə yerləşən kənd sonralar Səlimbəyyurdu adlı sahəyə köçürülüb. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Niyazqulular kəndi, 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
- Baxış: 280
 
