• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2282
— 04.02.2021 16:27

“Zəfər Yolu” ilə gediş-gəliş təmin olunub

KepezTV Player

101 km uzunluğa malik “Zəfər Yolu”nun II texniki dərəcəyə uyğun inşasının birinci mərhələsi yekunlaşıb. Cəmi 2 ay ərzində sözügedən yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib və sözügedən yol ilə gediş-gəliş təmin olunub. “Zəfər yolu”nun Əhmədbəyli-Böyük Tağlar yaşayış məntəqələri arasında yerləşən hissəsində tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədi ilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin sürətləndirilməsi ilə yolun asfalt-beton örtüyü ilə döşənməsi üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur. Sözügedən prosesin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır", - məlumatda deyilir. 84,6 km-lik yeni Füzuli-Şuşa avtomobil yolunun inşası isə 4 hissə üzrə aparılır.