• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2050
— 04.02.2021 11:10

Vaksinasiyanın ikinci mərhələsi başlayır

KepezTV Player

8 fevraldan etibarən peyvəndləmədə ikinci mərhələ başlayır. Bu mərhələdə yaşı 65-dən yuxarı olan əhali qrupunun vaksinasiyası nəzərdə tutulur. Poliklinikalarda yaradılan məntəqələrdə yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə qeydiyyat prosesi onlayn keçiriləcək. Qeydiyyata alınmaq üçün yaşı 65-dən yuxarı olanlar randevu.its.gov.az linkinə daxil olacaq. Linkə daxil olanların qarşılarına hazır qeydiyyat forması çıxır. Həmin formanı doldurmaqda çətinlik çəkənlər üçün yazılı və videoçarx şəkilində təlimat var. Vətəndaşlar həmçinin ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verə bilərlər. Qeydiyyatda olan tibb işçiləri bu prosesdə vətəndaşa yardımçı olacaqlar. Onu qeydiyyatdan keçirib məntəqəyə gəlməli olduğu günü və dəqiq vaxtı bildirəcəklər.  Mobil nömrələrə də bununla bağlı SMS göndəriləcək. Bu işin gedişatını bir qədər də asanlaşdıracaq. Vətəndaşlar qeyd edilən randevu vaxtını və ya məntəqəni dəyişmək istədikdə göstərilən prosesi yenidən icra etməlidir. Gün ərzində 3 dəfə randevu dəyişikliyinə icazə verilir".