• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1975
— 04.02.2021 12:09

İcbari tibbi sığorta üzrə xidmətlər zərfi genişləndiriləcək

KepezTV Player

Bu il icbari tibbi sığorta sisteminin tətbiq edildiyi ərazilərdəki xəstəxanaların təchiz edildiyi dərman vasitələrinin çeşidi artırılacaq.İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin sözlərinə görə, ötən il dərman vasitələrinin çeşid sayı 126-dan 334-ə yüksəlib. Stasionarda cərrahi profil üzrə 255 538 sayda xidmət göstərilib. Uşaqlar üzərində ürək və damar cərrahiyyəsi üzrə əməliyyatların sayı 68 olub. Bu il xidmətlər zərfinin daha da genişləndirilməsi nəzərdə tutulur.

Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri:"Ötən il ərzində zərfə 2550-yə yaxın xidmət daxil olub. 2021-ci il üçün isə bu rəqəm 2800-ə yaxın olacaq. Kardioloji və nevroloji əməliyyatlar xidmətlər zərfinə əlavə edilib. Bura əsasən qapalı və açıq ürək əməliyyatları daxildir. Növbəti ildən isə ambulator yardımda dərman təminatının də xidmətlər zərfinə daxil edilməsini planlaşdırırıq".