• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 965
— 04.02.2021 11:38

Azad edilmiş ərazilər üzrə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib

KepezTV Player

Azad edilmiş ərazilər üzrə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib.Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev qeyd edib ki, milli əhəmiyyət kəsb edən bərpa və yenidənqurma işlərinin dinamik və keyfiyyətli icra edilməsi, habelə bu proseslərdə ən qabaqcıl standart və texnologiyaların səmərəli tətbiqi ölkəmizin qarşısında duran əsas vəzifələrdən biridir.17 istiqamət üzrə işçi qruplarının fəaliyyət göstərdiyi mərkəzdə hazırda 55 qurum və 150-yə yaxın əməkdaş təmsil olunur. Mərkəzin fəaliyyətinə daimi əsasda təhkim edilmiş şəxslərlə bərabər konkret mövzu və tapşırıqların icrası məqsədilə ekspertlər də cəlb edilib.İclasda Qərargahın nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin, işğaldan azad edilmiş ərazilərə qayıdış, ətraf mühitin qorunması və enerji təminatı, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının sosial təminatı, şəhərsalma, nəqliyyat-infrastruktur və digər istiqamətlərdə fəaliyyət göstərən işçi qruplarının məruzələri dinlənilib, qaldırılan məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb və zəruri tapşırıqlar verilib.