• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1935
— 03.02.2021 09:04

Azad olunmuş ərazilərdə abidələrin bərpasına nə vaxt baxılacaq?

KepezTV Player

İşğaldan azad olunmuş ərazilərdə  inzibati ərazi bölgüsünə müvafiq olaraq hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və komendantlıqların nəzdində aidiyyəti dövlət orqanlarının , o cümlədən Mədəniyyət Nazirliyinin nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılıb. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, Nazirliyi təmsil edən nümayəndələr abidələrin ilkin inventarlaşdırılması məqsədilə monitorinqlərə başlayıb və abidələrin əksəriyyətinin dağıdıldığı, məhv edildiyi, mənimsənildiyi və vandalizmə məruz qaldığı müəyyən edilib. Monitorinqlər yekunlaşdıqdan sonra  neçə heykələ ziyan dəydiyi müəyyənləşəcək. Nəticə təhlil olunduqdan sonra abidələrin bərpası məsələsinə baxılacaq.