• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2354
— 02.02.2021 21:10

Fransız jurnalist Azərbaycan həqiqətlərindən yazıb

KepezTV Player

Fransanın “Atlantico” portalında jurnalist Sebastyan Bussuanın “Dağlıq Qarabağ: 27 il əvvəl didərgin salındıqları torpaqlara qayıtmaq istəyən köçkünlərlə görüş” adlı məqaləsi dərc edilib. Məqalədə deyilir ki, 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən torpaqları işğal edilmiş və doğma evlərindən didərgin salınmış 800 minə yaxın azərbaycanlı məcburi köçkün ötən müddət ərzində qayıdışlarını gözləyiblər. Ermənistanla 44 günlük müharibədə qələbə qazanan Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərini azad edib. Torpaqları azad olunan yüz minlərlə azərbaycanlı tezliklə Zəngilan, Qubadlı və digər rayonlardakı evlərinə qayıtmaq arzusu ilə yaşayır. Onlar 30 ildən sonra yeni həyat qurmağı xəyallarında canlandırırlar. Jurnalist Azərbaycanın azad etdiyi şəhərlərin və kəndlərin ermənilər tərəfindən dağıdılmasından da bəhs edib. Bildirib ki, yaşayış məskənləri ölüm kabusuna çevrilib, məscidlər tövlə kimi istifadə olunub, kitabxanalar talan edilib. Azərbaycan hökuməti dağıdılmış ərazilərdə infrastrukturun bərpasına başlayıb.