• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1407
— 02.02.2021 20:51

Mina təhlükəsi ilə bağlı əhaliyə müraciət edilib

KepezTV Player

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib.Sakinlərdən naməlum və şübhəli əşyalara toxunmamaları, xüsusilə uşaqlardan tanımadıqları əşyalara əl vurmamaları və dərhal aidiyyəti üzrə 102 Xidməti - Zəng Mərkəzinə məlumat vermələri xahiş olunur. İşğaldan azad edilmiş və müharibə zamanı düşmən atəşinə məruz qalmış ərazilərin minalarla, partlamamış hərbi sursatla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirkləndiyi nəzərə alınaraq, təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətə qədər vətəndaşların bu ərazilərə daxil olmaları müvəqqəti olaraq qəti şəkildə qadağandır. Vətəndaşların bu ərazilərə səfər etməkdən çəkinmələri artıq dərəcədə xahiş olunur.