• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2358
— 02.02.2021 17:27

Fəal gənclər təltif edilib

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər Evinin və Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə şəhərdə “Gənclər Günü”nə həsr olunan tədbir gerçəkləşib. Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq tədbir Gəncə Gənclər Evinin qarşısında açıq hava şəraitində baş tutub.

Vətən müharibəsinə, “Nizami Gəncəvi İli”nə həsr edilən əl işlərinin nümayişi ilə başlayan tədbirdə dövlət gənclər siyasətindən, gənclərin fərdi inkişafına təkan verən proqramlardan danışılıb. 44 günlük müharibə zamanı Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində terror qurbanı olan mülki şəxslərin tanıdılması və təbliğatında gənclərin böyük rolu qeyd edilib. Bir qrup gənc şəhərin ictimai həyatında fəal iştirakına və gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə görə İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub. Təltif olunanlar sırasında Vətən müharibəsi iştirakçıları, eləcə də Kəpəz TV-nin Xəbərlər departamentinin aparıcısı Nərgiz Əhmədqızı da yer alıb. Tədbirin sonunda “Nizami Gəncəvi ili” ilə əlaqədar olaraq dahi şairin “Xəmsə”sini simvolizə edən 5 çinar ağacı əkilib.